"Formula-1" komandalarının rəhbərləri 2024-cü ilin ən yaxşı pilotunu seçiblər.
İdman.biz xəbər verir ki, dünya çempionu Maks Ferstappen 1-ci yeri tutub.
Niderlandlı sürücü 250 bal toplayıb. Ferstappeni Lando Norris ("Maklaren") və Şarl Lekleri ("Ferrari") qabaqlayıb.
Qeyd edək ki, Maks 2024-cü ildə ardıcıl 4-cü dəfə dünya çempionu titulunu qazanıb.
2024-cü ilin 10 ən yaxşı pilotu:
1. Maks Ferstappen ("Red Bull") - 250
2. Lando Norris ("Maklaren") - 178
3. Şarlz Lekler ("Ferrari") - 121
4. Oskar Piastri ("Maklaren") - 113
5. Karlos Sayns ("Ferrari") – 110
6. Corc Rassel ("Mersedes") - 86
7. Lyuis Hemilton ("Mersedes") - 54
8. Niko Hülkenberq ("Haas") - 39
9. Fernando Alonso ("Aston Martin") - 27
10. Pyer Qasli ("Alpin") - 21
İdman.biz