"Formula-1"də "Ferrari" keçmiş pilotu Karlos Saynsa xüsusi hədiyyə edib.
İdman.biz xəbər verir ki, İtaliya komandası ispaniyalı sürücünü ilk çempion olduğu maşınla mükafatlandırıb.
Saynsa F1-75 bolidi hədiyyə olunub. Karlos bu maşınla 2022-ci ildə Böyük Britaniya Qran-prisində "Formula-1"də ilk qələbəsini qazanıb. "Ferrari" bundan əvvəl Fernando Alonso və Sebastyan Fetteli də eyni mükafata belə layiq görüb.
Qeyd edək ki, ispaniyalı 2021-2024-cü illərdə komandada çıxış edib. O, növbəti mövsümdən "Uilyams"ın şərəfini qoruyacaq.
İdman.biz