Formula 1 tarixinin ən zəngin pilotları

Xəbərlər
26 Dekabr 2024 11:57
158
Formula 1 tarixinin ən zəngin pilotları

GQ (Gentlemen's Quarterly) kişi jurnalı Formula 1 tarixində ən çox gəlir əldə edən pilotlarının reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, siyahıya 889,6 milyon dollarla 7 dəfə Formula 1-də qalib olmuş Mixael Şumaxer başçılıq edir.

Almaniyalı ən yaxın izləyicisi - digər 7 qat Formula 1 çempionu Lyuis Hemiltondan iki dəfədən çox qazanıb.

Formula 1 tarixinin ən zəngin sürücüləri:
1. Mixael Şumaxer - 889,6 milyon dollar.
2. Lyuis Hemilton - 422,6 milyon dollar.
3. Fernando Alonso - 385,5 milyon dollar.
4. Niki Lauda - 296,5 milyon dollar.
5. Kimi Raykkonen - 270,6 milyon dollar.
6. Censon Batton – 222,4 milyon dollar.
7. Sebastyan Fettel - 207,6 milyon dollar.
8. Mario Andretti - 192,7 milyon dollar.
9. Eddi İrvin – 177,9 milyon dollar.
10. Alen Prost - 148,2 milyon dollar.

Qeyd edək ki, siyahıda Formula 1-in hazırkı və keçmiş pilotlarının bütün ümumi gəlirləri nəzərə alınıb.

İdman.biz

Məqalədə: