Bakıdakı qəza Peresin komandadan çıxarılmasına səbəb olub

Xəbərlər
27 Dekabr 2024 13:17
51
Bakıdakı qəza Peresin komandadan çıxarılmasına səbəb olub

Serxio Peresin Azərbaycan Qran-prisində üzləşdiyi qəza "Red Bull"un nəticədə meksikalı pilotla yollarını ayırmasına səbəb olub.

İdman.biz xəbər verir ki, mövsümün sonunda Avstriya komandası Peresi heyətdən çıxarıb.

Bu qərarın verilməsinə təkan olan hadisələrdən biri də sürücünün Bakıdakı uğursuzluğudur. Peres və "Ferrari"dən Karlos Sayns fəxri kürsüdə yer almaq üçün mübarizə apararkən sonuncudan əvvəlki dövrədə səddə çırpılıblar. Nəticədə hər ikisi finişə çata bilməyib.

Meksikalı bildirir ki, Formula-1 Azərbaycan Qran-prisindəki həmin qəza "Red Bull" üçün fəlakət olub: “Hadisənin baş verməsinə təəssüf edirəm. Şübhəsiz, planlarımız çox idi. Bu fəlakətdir”.
"Red Bull"un "McLaren" ilə ayaqlaşa bilməsi cəhdləri Peresin yarışdan çıxması ilə daha da çətinləşib. Bu, həm də Serxionun komanda yoldaşı Maks Ferstappeni qabaqlamaq üçün nadir şansını əlindən alıb.

İdman.biz

Məqalədə: