"Formula-1" komandası "Ferrari"də ehtiyat sürücü bəlli olub.
İdman.biz xəbər verir ki, Quanyuy Çjou İtaliya təmsilçisində çıxış etmək şansı qazanıb.
Çinli pilot mövsümün gedişində Lyuis Hemilton və Şarl Lekleri əvəz edə bilər. "Ferrari"dən verilən açıqlamada Çjounun ehtiyat pilot kimi Antonio Covinatsiyə qoşulduğu bildirilib.
Qeyd edək ki, Quanyuy ötən mövsümdə "Kik-Zauber"də çıxışı zamanı mövsümü 4 xalla başa vurmuşdu.
İdman.biz