Mixael Şumaxerin dəbilqəsi hərracda satılıb

Xəbərlər
6 Fevral 2025 00:15
87
Mixael Şumaxerin dəbilqəsi hərracda satılıb

"Formula-1"in əfsanəvi pilotu Mixael Şumaxerin dəbilqə hərracda satılıb.

İdman.biz xəbər verir ki, qoruyucu əşya 36 min avroya öz sahibini tapıb.

Şumaher həmin dəbilqəni 1992-ci il mövsümündə "Benetton" komandasının heyətində çıxış edərkən Belçika Qran-prisində istifadə edib.

Qeyd edək ki, Mixael Spa-Frankoşarm trassında keçirilən yarışın qalibi olub.

İdman.biz