Formula-1: Naycel Mensellin ən yaxşı seçimi

Xəbərlər
22 Fevral 2025 00:31
73
Formula-1: Naycel Mensellin ən yaxşı seçimi

1992-ci ilin dünya çempionu Naycel Mensell Formula-1-in ən böyük sürücüsünü açıqlayıb.

İdman.biz xəbər verir ki, britaniyalı veteran pilot həmyerlisi Lyuis Hemiltonun adını çəkib.

"Lyuis Formula-1-də inanılmaz bir şeyi bacarıb. Məncə, Hemilton yarışda iştirak edən ən güclü pilotdur", - deyə Mensell fikrini tamamlayıb.

Qeyd edək ki, Lyuis 2007-c ildən Formula-1-də çıxış edir. O, 1 dəfə "Maklaren", 6 dəfə isə "Mersedes"in heyətində dünya çempionu olub. Hemilton bu mövsümdən "Ferrari"də çıxış edəcək.

İdman.biz