FIA-dan Monako Qran-prisi ilə bağlı QƏRAR

Xəbərlər
26 Fevral 2025 21:22
74
FIA-dan Monako Qran-prisi ilə bağlı QƏRAR

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula-1 üzrə Monako Qran-prisi ilə bağlı qərar qəbul edib.

İdman.biz xəbər verir ki, yarış zamanı komandalar ən azı iki pit-stopdan istifadə edəcəklər.

Qurumun Ümumdünya Şurası qərarını belə izah edib: "Monako Qran-prisini daha baxımlı olması ilə bağlı iki pit-stop təklifini nəzərdən keçirdik. Aparılan müzakirələrdən sonra bu tələb təsdiq olunub".

Qeyd edək ki, yeni qaydalar həm quru, həm də yaş trassda tətbiq olunacaq.

İdman.biz