Formula 1 Qatar Airways Azərbaycan Qran-prisinə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Bu barədə İdman.biz-ə məlumatı Bakı Şəhər Halqasından (BŞH) veriblər.
Bildirilib ki, paddok hər zamanki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.
BŞH Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edib, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
İdman.biz