Azərbaycan Qran-prisinin son qalibi "Maklaren"lə müqaviləni yeniləyib

Xəbərlər
12 Mart 2025 01:29
39
Azərbaycan Qran-prisinin son qalibi "Maklaren"lə müqaviləni yeniləyib

Formula-1-də "Maklaren" Oskar Piastri ilə müqavilənin müddətini uzadıb.

İdman.biz xəbər verir ki, avstraliyalı pilotla razılaşmanın detalları barədə açıqlama yayılmayıb.

Piastri 2023-cü ildən "Maklaren"də çıxış edir. Onun komanda ilə əvvəlki müqaviləsi 2026-cı il mövsümünün sonuna kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Oskar karyerasında iki qələbə qazanıb. Avstraliyalı sürücü 2024-cü ildə Macarıstan və Azərbaycan Qran-prisinin qalibi olub.

İdman.biz