Formula-1 pilotu Oskar Piastri karyerasında ilk dəfə təsnifat mərhələsində ilk pilləni qazanıb.
İdman.biz xəbər verir ki, "Maklaren"in sürücüsü Çin Qran-Prisində bu uğuru əldə edib.
Bundan başqa, Piastri son 7 ildə poul qazanan ilk avstraliyalı olub. Sonuncu dəfə 2018-ci il Meksika Qran-prisində Daniel Rikkardo ilk sırada start alıb.
Çin Qran-Prisində ikinci sırada "Mersedes"dən Corc Rassel, üçüncüdə isə "Maklaren"in digər sürücüsü Lando Norris qərarlaşıb.
Qeyd edək ki, Şanxayda keçiriləcək yarış sabah saat 11:00-da start götürəcək.
İdman.biz