2025-ci il Formula 1-in ikinci mərhələsi olan Çin Qran-Prisi başa çatıb.
İdman.biz xəbər verir ki, Şanxay Beynəlxalq Halqasında keçirilən yarışın qalibi "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri olub.
Britaniyalılar - Lando Norris ("McLaren") ikinci, Corc Rassel ("Mercedes") isə üçüncü yeri tutublar.
Piastri ötən il Azərbaycan Qran-Prisinin qalibi olub.
2025-ci il Formula 1-in ikinci mərhələsindən sonra Norris 44 xalla liderdir. Sonrakı yerlərdə 36 xalla Maks Ferstappen, 35 xalla Rassel və 34 xalla Piastri qərarlaşıblar.
Konstruktorların çempionatında "McLaren" aşkar üstünlüklə liderdir - 78 xal. Ən yaxın izləyicisi "Mercedes"in isə 57 xalı var.
İdman.biz