Niderlandlı pilotun 64-cü qələbəsi

Xəbərlər
6 Aprel 2025 12:15
53
Niderlandlı pilotun 64-cü qələbəsi

Suzukada keçirilən Formula 1 üzrə Yaponiya Qran-Prisi başa çatıb.

İdman.biz xəbər verir ki, Maks Ferstappen ("Red Bull") yarışın qalibi olub.

Formula 1-in dördqat çempionu 2025-ci ildə ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə niderlandlı pilotun karyerasında 64-cü olub. Bu, tarixdə üçüncü nəticədir, yalnız Lyuis Hemilton (105) və Mixael Şumaxer (91) indan daha yüksək göstəriciyə malikdirlər.

Yaponiya Qran-Prisində "McLaren" pilotları Lando Norris ikinci, Oskar Piastri isə üçüncü yeri tutublar.

Pilotların çempionatında liderlər:
1. Lando Norris ("McLaren") – 62 xal
2. Maks Ferstappen ("Red Bull") – 61
3. Oskar Piastri ("McLaren") – 49

Konstruktorlar kubokunda liderlər:
1. "McLaren" – 111 xal
2. "Mercedes" – 75
3. "Red Bull" – 61

İdman.biz