Bəhreyn Qran-prisi: "Mercedes" pilotlarına cəza

Xəbərlər
13 Aprel 2025 09:35
47
Bəhreyn Qran-prisi: "Mercedes" pilotlarına cəza

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bəhreyn Qran-prisində "Mercedes" sürücülərini cərimələyib.

İdman.biz xəbər verir ki, Corc Rassell və Andrea Kimi Antonelli bu gün keçiriləcək yarışa bir pillə geridən start götürəcəklər.

Dünən keçirilən təsnifat mərhələsinin nəticələrinə görə, Rassell 2-ci, Antonelli isə 4-cü yeri tutub. Amma stüardların qərarına görə, hər iki sürücü qaydaları pozaraq boksu erkən tərk edərək, pit-leynə çıxıblar. Nəticədə cərimə alan pilotlar Qran-priyə müvafiq olaraq, 3-cü və 5-cü yerlərdən start götürəcəklər.

Qeyd edək ki, təsnifat mərhələsinin qalibi Oskar Piastri ("Maklaren") olub. Corcun cəzalanmasından sonra kinci pillədə isə Şarl Lekler ("Ferrari") yer alacaq.

İdman.biz