Azərbaycan Qran-Prisi: könüllü proqramına qeydiyyat üçün rekord müraciət

Xəbərlər
13 Aprel 2025 19:29
35
Azərbaycan Qran-Prisi: könüllü proqramına qeydiyyat üçün rekord müraciət

Azərbaycanda keçiriləcək “Formula 1” yarışının könüllü proqramına qeydiyyat mərhələsində 48 saat ərzində 31 mindən çox müraciət daxil olub.

İdman.biz xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bunun Azərbaycan Qran-Prisi tarixində ən yüksək göstərici olduğunu bildirib.

Ötən il bu rəqəm 16 min olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 21-də Bakıda keçiriləcək.

İdman.biz