Avstraliyalı pilot Bəhreyn Qran-prisinin qalibi olub

Xəbərlər
13 Aprel 2025 22:34
42
Avstraliyalı pilot Bəhreyn Qran-prisinin qalibi olub

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri Bəhreyn Qran-prisinin qalibi olub.

İdman.biz xəbər verir ki, britaniyalılar Corc Rassel (“Mercedes”) yarışda ikinci, Lando Norris ("McLaren") isə üçüncü olublar.

Dörd mərhələdən sonra pilotların 2025-ci il dünya çempionatında Norris 77 xalla liderlik edir. Piastri 74 xalla ikinci, niderlandlı Maks Ferstappen isə 69 xalla üçüncüdür.

Konstruktorların çempionatında "McLaren" 151 xalla birinci, "Mercedes" 93 xalla ikinci, "Red Bull Racing" 71 xalla üçüncü yerdədir.

Növbəti mərhələ - Səudiyyə Ərəbistanı Qran-prisi aprelin 20-də keçiriləcək.

İdman.biz