"Formula-1" pilotu Corc Rassell "Mercedes"lə yeni müqavilə bağlamağa yaxındır.
İdman.biz xəbər verir ki, yeni razılaşma iki il üstəgəl bir mövsümlük nəzərdə tutulub.
Əgər danışıqlar uğurlu yekunlaşarsa, britaniyalı sürücü llik 30 milyon avro qazanacaq.
Qeyd edək ki, builki çempionatda Rassell 4 mərhələdən sonra 63 xal toplayıb. O, sürücülər yarışında 4-cü pillədə qərarlaşıb. "Mercedes" isə Mühəndislər kubokunda 93 xalla ikincidir.
İdman.biz