4 qat dünya çempionundan etiraf: "Maşında ciddi problemlər var"

Xəbərlər
17 Aprel 2025 20:22
158
4 qat dünya çempionundan etiraf: "Maşında ciddi problemlər var"

"Red Bull"un pilotu Maks Ferstappen mövsümün startını dəyərləndirib.

İdman.biz xəbər ki, 4 qat dünya çempionu maşındakı problemlərdən bəhs edib.

"Rəqiblərin bizdən daha sürətli inkişaf etdiyi aydın görünür. Onlar problemləri effektiv həll edirlər. Bizim irəliyə ciddi addımlar atmamız lazımdır. "Maklaren"dən yarımsaniyəlik geriqalma böyük fərqdir. Bundan əlavə, bizdə maşının tarazlığında çatışmazlıq var",- deyə Ferstappen müsahibəsində bildirib.

Qeyd edək ki, arxada qalan 4 Qran-pridə "Red Bull" yalnız bir qələbə qazanıb. Dünya çempionatının növbəti mərhələsi aprelin 18-20-də Səudiyyə Ərəbistanında olacaq.

İdman.biz