"McLaren"in avstraliyalı pilotu Oskar Piastri Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.
İdman.biz xəbər verir ki, Ciddədə keçirilən Formula 1 yarışında niderlandlı Maks Ferstappen ("Red Bull") ikinci, monakolu Şarl Lekler ("Ferrari") isə üçüncü yeri tutublar.
Pilotların 2025-ci il dünya çempionatında Piastri beş mərhələdən sonra 99 xalla liderlik edir. Britaniyalı Lando Norris ("McLaren") 89 xalla ikinci, Ferstappen isə 87 xalla üçüncüdür.
Konstruktorların çempionatında "McLaren" 188 xalla turnir cədvəlinə başçılıq edir. Bu komandanın ən yaxın izləyiciləri 111 xalla "Mercedes" və 89 xalla "Red Bull"dur.
İdman.biz