Formula-1 üzrə 4 qat dünya çempionu Fernando Alonso gələcəyi ilə bağlı suala cavab verib.
İdman.biz xəbər verir ki, 34 yaşlı pilot qarşıdakı mövsümdə də yarışlarda iştirak edəcəyini deyib.
“50 yaşımda burada olmayacam. Bu mövsümdə və növbəti ildə yarışlarda iştirak etməliyəm. Yeni qaydaları və “Honda”nın Formula-1-ə dönüşünü yaşamaq istəyirəm. Edrian Nyuinin komandaya qoşulması sürpriz oldu. Ötənilki müzakirələr zamanı bir çox məsələlər cəlbedici idi. Düzdür, 2026-cı ildən sonra nə olacağı məlum deyil. Müqaviləm bitəcək. Amma mövsümdən mövsümə sona doğru gedirəm”, - deyə ispaniyalı sürücü müsahibəsində bildirib.
Qeyd edək ki, Alonsonun gələcəkdə yenidən “Red Bull”a qoşulacağı xəbərləri yayılıb.
İdman.biz