Maks Ferstappen “Formula-1” üzrə Las-Veqas Qran-Prisinin qalibi olub.
İdman.biz xəbər verir ki, “Red Bull” pilot 50 dövrəlik yarışı birinci başa vurub.
Növbəti yerləri Şarl Lekler (“Ferrari”) və Serxio Peres (“Red Bull”) tutublar. Niderlandlı pilot karyerasında 53-cü podiumun ən yüksək pilləsində yer alıb. Ferstappen bu göstəricidə almaniyalı həmkarı Sebastyan Fettelə çatıb. İlk iki yerdə 103 qələbə ilə Lyuis Hemilton və 91 birinciliklə Mixael Şumaher qərarlaşıb.
Las-Veqasda yeni rekord qeydə alınıb. “Red Bull” “Mersedes”in 2016-cı il mövsümündəki 19 qələbəlik göstəricisini yeniləyib. 2023-cü ildə Avstriya komandası 20-ci dəfə finiş xəttini birinci keçib. 18 dəfə Ferstappen, iki dəfə isə Peres bu uğura nail olub.
İdman.biz