Vitali Borisov: “Bəxtimiz gətirdi”

Müsahibə
30 May 2024 15:15
145
Vitali Borisov: “Bəxtimiz gətirdi”

“Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güclü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis AVRO-2026-nın final mərhələsinin püşkünü dəyərləndirib. O bildirib ki, qrupumuza ən reytinqli komandalardan Xorvatiya düşüb: “Onlardan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl oynamışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək”.

Borisovun sözlərinə görə, hər şey hazırlıqdan asılı olacaq: “İspaniya, Portuqaliya və Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılaşmağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə, bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güclü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.

Qeyd edək ki, Avropa çempionatı yanvarın 18-dən fevralın 8-ə qədər Latviya və Litvada keçiriləcək.

İdman.biz

Məqalədə: