“Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri müəyyənləşib

Xəbərlər
4 İyul 2024 16:41
87
“Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri müəyyənləşib

UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının 2024/2025 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da rəqibləri bəlli olub.

Təmsilçimiz ilk mərhələdə H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta” (Belfast, Şimali İrlandiya) ilə qarşılaşacaq.

Oyunlar avqustun 20-25-də İsveçdə keçiriləcək.

“Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazansa, B yolunda 5-ci qrupda yer alacaq. Təmsilçimizin rəqibləri “Etual Lavallua” (Fransa) və “Stolitsa” (Belarus) ilə yanaşı ilkin mərhələnin B qrupunun qalibi olacaq. Həmin qrupda “Minerva” (İsveçrə), “Amiqo Nortvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) yer alıb.

Əsas mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.

İdman.biz

Məqalədə: