“Araz-Naxçıvan”dan yeni transfer

Xəbərlər
15 İyul 2024 14:30
155
“Araz-Naxçıvan”dan yeni transfer

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ölkə çempionu Serbiya millisinin oyunçusu Lazar Milosavljeviçlə anlaşıb. 26 yaşlı futzalçı ötən mövsüm Xorvatiya “Crnica”sında çıxış edib. Futzalçı ötən il UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. İstanbul "Şişli”si ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

İdman.biz

Məqalədə: