Avqustun 21-də UEFA Çempionlar Liqasının ilkin mərhələsində birinci matçına çıxacaq “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Caique Aledes De Oliveyranı heyətlərinə qatıblar.
30 yaşlı futzalçının son klubu Qazaxıstanın “Jetısu” klubu olub.
Qeyd edək ki, braziliyalı Kadinyonu (“Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
İdman.biz