Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün ikinci matçına çıxıb.
İlk turda “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun yetirmələri “Sillamae” ilə qarşılaşıb. İsveçdə baş tutan matçda təmsilçimiz ardıcıl ikinci qələbəsi qazanıb.“Araz-Naxçıvan” bu dəfə də rəqib komandanın qapısından 7 top keçirib. Bu qələbə çempionumuzu qrup liderliyinə yüksəldib.
Qeyd edək ki, “Araz-Naxçıvan” son turda yerli “Uddevalla” ilə görüşəcək.
Çempionlar Liqası
İlkin mərhələ
II tur
22 avqust
“Sillamae” – “Araz-Naxçıvan” - 0:7
Qollar: Qollar: Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, K. Manafov, 24:39, Ü. Əliyev, 32:32, X. Ağalızadə, 34:03
Hakimlər: Daniel Stauber (Avstriya), Trayan İnchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa)
Uddevalla. Agnebergshallen
1 |
Araz-Naxçıvan |
2 |
2 |
0 |
0 |
14-1 |
6 |
2 |
Uddevalla |
1 |
1 |
0 |
0 |
10-3 |
3 |
3 |
Sparta Belfast |
1 |
0 |
0 |
1 |
1-7 |
0 |
4 |
Sillamae |
2 |
0 |
0 |
2 |
3-17 |
0 |
İdman.biz