Vitali Borisov: "Son addım qalıb"

Xəbərlər
22 Avqust 2024 21:07
235
Vitali Borisov: "Son addım qalıb"

"Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.

O, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində Estoniya çempionu “Sillamae Silla” ilə keçirilən görüşü şərh edib. Borisov komandanın oyunundan razı qalıb: “Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub.

İdman.biz