“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub

Xəbərlər
23 Avqust 2024 09:34
534
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub

“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba əməliyyat olunub.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən əməliyyata məruz qalıb. Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən “Fulya Acıbadem” xəstəxanasında aparılan cərrahi müdaxilə uğurlu alınıb. Jatoba avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda forma geyinib.

İdman.biz