“Araz-Naxçıvan” İsveç klubuna uduzub

Xəbərlər
24 Avqust 2024 18:12
678
“Araz-Naxçıvan” İsveç klubuna uduzub

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün qrupda son matçına çıxın.

İlk iki turda qalib gələn Vitali Borisovun yetirmələri İsveçin "Uddevalla" klubu ilə qarşılaşıb. Meydan sahibi ilə görüş qrup qalibinin adına aydınlıq gətirib. Birinci pilləni qorumaq üçün təmsilçimizə bir xal da kifayət edib. Oyun rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk iki turda "Sparta Belfast"ı (Şimali İrlandiya) 7:1, "Sillamae Silla"nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
İlkin mərhələ
III tur
24 avqust
16:00. "Uddevalla" – "Araz-Naxçıvan" - 4:3
Qollar:
Furublad: 4:05, 23:05, Azizi, 37:51, Zhubi, 39:18 // Caique, 16:17, K. Manafov, 36:39, Amadeu, 39:58
Hakimlər: Pawel Tokarewicz (Polşa), Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika)
Uddevalla. Agnebergshallen

1

Uddevalla

3

3

0

0

18-8

9

2

Araz-Naxçıvan

3

2

0

1

17-4

6

3

Sparta Belfast

2

0

0

2

3-11

0

4

Sillamae Silla

2

0

0

2

3-17

0

İdman.biz