Millimiz Çexiya ilə qarşılaşacaq

Xəbərlər
26 Avqust 2024 15:46
140
Millimiz Çexiya ilə qarşılaşacaq

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan millisi 2 beynəlxalq yoxlama oyunu keçirəcək.

İdman.biz xəbər verir ki, komandamız sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.

Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.

İdman.biz