Rəcəb Fərəczadə: “Millidə bu vəzifəni yerinə yetirmək böyük şərəfdir”

Xəbərlər
27 Avqust 2024 13:43
122
Rəcəb Fərəczadə: “Millidə bu vəzifəni yerinə yetirmək böyük şərəfdir”

“Təklif Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyindən gəldi”.

Bunu İdman.bizə minifutbol üzrə U-23 millisinin yeni baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Sabiq futzalçı bildirib ki, yığmada işləmək təklifini sevə-sevə qəbul edib: “Millidə bu vəzifəni yerinə yetirmək böyük şərəfdir. Komandamız yeni yığılıb. Bütün oyunçuların hamısı təzədir. Bir çoxu ilə tanışlığım yoxdur. Əsas məsələ nəticə əldə etməkdir. Amma yeni komanda olduğumuz üçün çətindir. Uşaqların çoxu mənim üçün sürprizdir. Onlardan 3-4-ü miniftutbolda oynayıb”.

Fərəczadənin sözlərinə görə, yığma əsasən elanla formalaşıb: “Elan vermişdik ki, bu idman növü ilə məşğul olan 23 yaşadək futbolçular bizə müraciət etsinlər. Ardınca gələn 60 nəfər arasından seçim etdik. Onlardan yaşı 20-21 olanlar da var”.

O, komandasının ilk dəfə iştirak edəcəyi dünya çempionatında hədəfini də açıqlayıb: “Vaxtımız azdır. Çempionatın reqlamenti ilə tanış olsam da, rəqiblər barədə heç bir məlumatımız yoxdur. 12 komanda 4 qrupda yarışacaq”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-10-da Xorvatiyada təşkil olunacaq.

Banuçiçək Hüseynli
İdman.biz