Futzal üzrə Azərbaycan I Liqasının cari mövsümündə 12 komanda iştirak edəcək

Xəbərlər
3 Sentyabr 2024 14:26
81
Futzal üzrə Azərbaycan I Liqasının cari mövsümündə 12 komanda iştirak edəcək

Futzal üzrə Azərbaycan I Liqasının 2024-2025 mövsümündə 12 komanda iştirak edəcək.

İdman.biz xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrda start götürəcək liqanın oyunları 2 dövrədən ibarət olacaq.

Birinci Liqada iştirak edəcək komandaları təqdim edirik: PFL, Baku Fire-2, Timsport, Ulduz, STAR kargo, Dəstə Ordubad, Yeni Suraxanı, Delta, Xan-Lənkəran, Djevo Dəyirman, Metropoliten, Carşı Bakı.

Qeyd edək ki, marafon 22 turdan ibarət olacaq.

İdman.biz

Məqalədə: