100 illik yubileylə əlaqədar futzal turniri keçiriləcək

Xəbərlər
13 Sentyabr 2024 15:21
71
100 illik yubileylə əlaqədar futzal turniri keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi təşkil olunub.

AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq.

Turnirə sentyabrın 14-də start veriləcək. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.

İdman.biz

Məqalədə: