Emin Kürdov “Çexiya ilə oyuna ciddi hazırlaşmışıq”

Xəbərlər
18 Sentyabr 2024 16:37
478
Emin Kürdov “Çexiya ilə oyuna ciddi hazırlaşmışıq”

“Çexiya millisi ilə iki yoldaşlıq oyunu keçirəcəyik”.

Bunu İdman.bizə futzal üzrə Azərbaycan millisinin üzvü Emin Kürdov deyib.

O, təlim-məşq toplanışı çərçivəsində Çexiyaya qarşı keçirəcəkləri oyun barədə danışıb. Kürdov bildirib ki, belə matçların olması milli üçün çox yaxşı haldır: “Bu, millimiz üçün əlavə təcrübədir. Yeni heyət qurulub və cavan oyunçularımız var. Qarşıdan Avropa çempionatının seçmə mərhələsi gəlir. Komandamızda abu-hava çox yaxşıdır. Hər kəs yaxşı formada hazırlaşır. Düşünürəm ki, qalib olacağıq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Əlimizdən gələni edəcəyik. Yeni oyunçularla nəticə qazanacağıq ki, xalqımzı sevindirək”.

Onun sözlərinə görə, rəqibin oyununu analiz etməyiblər: “Çünki onların da heyəti yenidir. Biz onların köhnə heyətinə baxanda görürük ki, təcrübəli oyunçuları olub. İndi vəziyyət necədir bilmirik. Yoldaşlıq görüşü olmağına baxmayaraq, oyuna ciddi hazırlaşmışıq”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: