Millimiz Çexiyada uduzub

Xəbərlər
19 Sentyabr 2024 22:44
365
Millimiz Çexiyada uduzub

Furzal üzrə Azərbaycan yığması yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, millimiz rəqibi Çexiya olub.

Oyun Zlin şəhərində keçirilib. İndiyədək iki komanda arasında 6 qarşılaşma baş tutub. Bunlardan ikisində millimiz, 4-də isə çexiyalılar qələbəni bayram ediblər. Bu dəfə rəqib üstün olub. Meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.

Qeyd edək ki, komandalar arasında sabah daha bir oyun təşkil ediləcək.

Yoldaşlıq oyunu
19 sentyabr
21:00. Çexiya – Azərbaycan - 3:0
Qollar:
David Drozd, 3. Adam Knobloç, 20. Radim Zaruba, 38
Çexiya: 1. Miçal Hula (q), 5. Pavel Drozd, 9. Tomaş Koudelka, 10. Miçal Seidler, 11. David Drozd, 12. Adam Vondraçek (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 6. Tomaş Kuçta, 8. Filip Havrda, 13. Miçal Holi, 14. Dominik Baloq, 18. Adam Knobloç
Baş məşqçi: Marek Kopeçki
Azərbaycan: 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 9. Ülvi Əliyev, 20. Tofiq Mikayılov, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 14. Emil Həsənzadə, 10. Fərid Abbasov, 17. Oktay Rüstəmli
Baş məşqçi: Vitali Borisov
Zlin şəhəri

İdman.biz