Yığmamız bu dəfə 6 top buraxıb

Xəbərlər
20 Sentyabr 2024 23:32
45
Yığmamız bu dəfə 6 top buraxıb

Futzal üzrə Azərbaycan yığması növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, millimiz ikinci dəfə Çexiya ilə qarşılaşıb.

Dünən 3:0 hesabı ilə uduzan komandamız yenə güclü rəqibi ilə bacarmayıb. Çexiyada keçirilən qarşılaşmada meydan sahibləri 6:2 hesabı ilə güclü olublar.

Yoldaşlıq oyunu
20 sentyabr
21:00. Çexiya – Azərbaycan - 6:2
Qollar:
David Drozd, 2; 18; 22, Tomaş Kuçta, 3, Pavel Drozd, 21, Radim Zaruba, 24 - Ülvi Əliyev, 1; 6
Çexiya: 12. Adam Vondraçek (q), 5. Pavel Drozd, 6. Tomaş Kuçta, 9. Tomaş Koudelka, 11. David Drozd, 1. Miçal Hula (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 8. Filip Havrda, 10. Miçal Seidler (k), 13. Miçal Holy, 14. Dominik Balog, 18. Adam Knobloç
Baş məşqçi: Marek Kopeçki
Azərbaycan: 12. Kamran Hacıyev (q), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 10. Fərid Abbasov, 14. Ülvi Əliyev, 1. Emin Kürdov (q, k), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 17. Oktay Rüstəmli, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov
Zlin şəhəri

İdman.biz