Millimiz Moldovada vəsiqə üçün mübarizə aparacaq

Xəbərlər
25 Sentyabr 2024 11:14
228
Millimiz Moldovada vəsiqə üçün mübarizə aparacaq

19 yaşadək futzalçılar AVRO-2025-in yeri bəlli olub.

İdman.biz xəbər verir ki, final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına Moldova ev sahibliyi edəcək.

Bu qərarı UEFA İcraiyyə Komitəsi verib. Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək “Kişinyov Arena”da keçiriləcək. Bu idman qurğusu 2022-ci ilin dekabrında istifadəyə verilib, 5000 tamaşaçı tutumuna malikdir.

4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının da tarixləri açıqlanıb. Oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq.

İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə martın 25-30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın U-19 yığması əvvəlki illərdə mübarizəyə əsas mərhələdən başlayıb. Komandaların yeni mövsümə hansı mərhələdən başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.

İdman.biz

Məqalədə: