Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

Xəbərlər
7 Oktyabr 2024 15:51
200
Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

AVRO-2026-ya hazırlıq məqsədi ilə Azərbaycan millisi noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.

İdman.biz xəbər verir ki, futzal komandamız bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.

Oyunlar noyabrın 4-də və 5-də Zenica şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.

İdman.biz

Məqalədə: