Millimiz FİFA reytinqində mövqeyini itirib - üç addım geri

Xəbərlər
11 Oktyabr 2024 15:50
312
Millimiz FİFA reytinqində mövqeyini itirib - üç addım geri

Futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması 1126,34 xalla dünyada 32-cidir.

Ötən siyahıda 1139,38 xalla 29-cu olan komandamız 3 pillə geriləyib. Millimiz bu müddətdə 13,04 xal itirib.

Siyahıda 139 komanda yer alıb. Cədvələ 1650,75 xala malik Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadınların siyahısında 1375,29 xalı olan Braziliya liderdir.

İdman.biz

Məqalədə: