Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
İdman.biz xəbər verir ki, baş məşqçi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə matç üçün güvənəcəyi oyunçuları müəyyənləşdirib.
Gənc mütəxəssis 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcək.
Yığmamız bu gündən təlim-məşq toplanışına başlayır.
Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK)
Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”)
Qeyd edək ki, millimizin İsveçlə qarşılaşması dekabrın 17-də Bakı İdman Sarayında saat 20:00-da baş tutacaq.
İdman.biz