Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində mübarizəyə başlayıb.
V qrupda yer alan Vitali Borisovun komandası İsveçlə görüşüb. Matç Bakı İdman Sarayında baş tutub.
Komandamız erkən qol vursa da, fasiləyə kimi qonaqlar hesabı bərabərləşdiriblər. Fasilədən sonra da ilk fərqlənən tərəf millimiz olub. İsveç yığması sona yaxın hesabda önə keçib. Hesabı açan Oktay Rüstəmli matçın başa çatmasına 2 saniyə qalmış millimizi məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, millimiz növbəti oyununu 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.
AC-2026-nın əsas mərhələsi
17 dekabr
V qrup
20:00. Azərbaycan – İsveç - 3:3
Qollar: Oktay Rüstəmli, 2, 40. Xəzər Ağalızadə, 23 - Hampus Furublad, 14. Fredrik Soderqvist, 34. Bryan Yohansson, 38
Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov (Qazaxıstan)
Bakı İdman Sarayı
1 |
Yunanıstan |
1 |
1 |
0 |
0 |
4-1 |
3 |
2 |
Azərbaycan |
1 |
0 |
1 |
0 |
3-3 |
1 |
3 |
İsveç |
2 |
0 |
1 |
1 |
4-7 |
1 |
4 |
Xorvatiya |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
İdman.biz