Vitali Borisov: "Qələbəyə layiq idik"

Xəbərlər
17 Dekabr 2024 23:14
50
Vitali Borisov: "Qələbəyə layiq idik"

“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə çox cərimə qazandıq və 5 foul limitini erkən doldurduq. Bundan sonra öz oyunumuzu oynaya bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı".

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsinin oyunundan sonra deyib.

O, qrup mərhələsində keçirilən ilk matçda qeydə alınan 3:3 hesablı heç-heçəni şərh edib: İkinci hissədə daha yaxşı oynadıq. Uşaqların oyununu bəyəndim. Epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdı. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Matçın başa çatmasına 2 saniyə qalmış hesabı bərabərləşdirsək də, uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”. Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, autdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu oyunda qələbəyə layiq idik.

Yenə deyirəm, yeni komanda qururuq. Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz də kifayət qədərdir. Bu gün heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyerasını başa vuracaq. Ona görə gəncləri tapmalı, onları öyrətməliyik”.

İdman.biz