Futzal üzrə Azərbaycan Yüksək Liqasının VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
İdman.biz xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyunlar bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Qazaxıstanda qəza enişi edən AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olub. İlkin məlumata görə, onlardan 32-si qəzadan sağ çıxıb.
İdman.biz