Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, yanvarın 31-də baş tutacaq görüşə Moldova və Estoniyadan olan hakimlər təyinat alıblar.
Pula şəhərində keçiriləcək matçın birinci referisi moldovalı Viktor Bugenko olacaq. Ona Qriqori Oşomkov və Yaqnar Yakobson kömək edəcəklər. Oyunun UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) olacaq.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı Pula şəhərindəki “Mate Parlov”da keçiriləcək.
İdman.biz