Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində keçiriləcək Azərbaycan – Yunanıstan oyununun təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, fevralın 4-də baş tutacaq qarşılaşmada iki ölkə təmsilçiləri ədaləti qoruyacaq.
Bakıdakı matçın 1-ci hakimi norveçli Telmen Undrah olacaq. Ona almaniyalı Yakob Pavlovski və həmyerlisi Daq Erik Tanqvik kömək edəcəklər. Matçın hakim-inspektoru Sreten Vasiç (Serbiya), UEFA nümayəndəsi Vladimir Kolbasyuk (Moldova) olacaq.
Qeyd edək ki, Bakı İdman Sarayındakı oyun saat 20:00 başlayacaq.
İdman.biz