Azərbaycanlı hakim Danimarka millisinin oyununda

Xəbərlər
13 Yanvar 2025 12:18
63
Azərbaycanlı hakim Danimarka millisinin oyununda

Azərbaycanlı futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq oyuna təyinat alıb.

İdman.biz xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsinin Danimarka – Qazaxıstan matçında iştirak edəcək.

Təmsilçimiz fevralın 1-də keçiriləcək matçın 3-cü hakim funksiyasını yerinə yetirəcək. Birinci və ikinci referilər müvafiq olaraq, slovakiyalılar Rastislav Behancin və Martin Matula olacaq.

Qeyd edək ki, görüşün hakim-inspektoru İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jirki Filppu (Finlandiya) olacaq.

İdman.biz