Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.
İdman.biz xəbər verir ki, ilk görüşdə U-19 “Şuşa” ilə qarşılaşıb.
Yığma rəqibini 4:2 hesabı ilə məğlub edib. “Neftçi” isə Birinci Liqanın iddialılarından olan “STAR kargo”nu məğlub edib.
“Araz-Naxçıvan” isə ötən mövsümün finalında penaltilər seriyasında məğlub etdiyi “Baku Fire”dən növbəti dəfə güclü olub. Birinci Liqanın lideri PFL “Xan-Lənkəran”a böyük hesabla qalib gəlib.
Azərbaycan kuboku
1/4 final
18 yanvar
U-19 – Şuşa - 4:2
Neftçi İK – STAR kargo - 7:4
Baku Fire – Araz-Naxçıvan - 2:6
PFL – Xan-Lənkəran - 7:2
Yarımfinal
27 fevral
Araz-Naxçıvan – Neftçi İK
PFL – U-19
İdman.biz