Azərbaycan millisi qrup qalibi kimi əsas mərhələdə

Xəbərlər
26 Yanvar 2025 23:57
155
Azərbaycan millisi qrup qalibi kimi əsas mərhələdə

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, B qrupunda yer alan millimiz San Marinonun Serravalle şəhərində yeri komanda ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Ötən gün ilk matçında Kosovo yığmasına 4:1 hesabı ilə qalib gələn U-19 komandamız qrup birincisi kimi əsas mərhələyə vəsiqə qazanıb.

San Marino (U-19, futzal) - Azərbaycan (U-19, futzal) 2:2
26 yanvar, saat 21:00
Timekeeper:
Laurentiu Ilie (San Marino)
Hakim-inspektor: Stefan Weber (Almaniya)
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya)
"Multieventi Sport Domus" zalı

İdman.biz