Yığmamız Yunanıstanla matçda xal itirib - VIDEO

Xəbərlər
4 Fevral 2025 21:46
88
Yığmamız  Yunanıstanla matçda xal itirib - VIDEO

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində üçüncü matçını keçirib.

Komandamız ev görüşündə Yunanıstanı qəbul edib. Hesabında qələbə olmayan Vitali Borisovun yetirmələri yenə də xal itiriblər. Millimiz erkən qol vursa da, sonra məğlub vəziyyətə düşüb. Son dəqiqələrdə avtoqol yığmamıza 1 zal qazandırıb.

Futzalçılarımız 3 oyundan sonra 2 xalla 3-cü pillədə qərarlaşıblar. Komandamız sonuncu pillədə qərarlaşan İsveçdən bir oyun çox keçirib.

AVRO-2026-nın əsas seçmə mərhələsi

V qrup
4 fevral

20:00. Azərbaycan – Yunanıstan - 2:2
Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Bakı İdman Sarayı

1

Yunanıstan

2

1

1

0

6-3

4

2

Xorvatiya

1

1

0

0

9-2

3

3

Azərbaycan

3

0

2

1

7-14

2

4

İsveç

2

0

1

1

4-7

1

Qeyd edək ki, millimiz növbəti oyununu martın 11-də Yunanıstana qarşı səfərdə keçirəcək.

İdman.biz