19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Qurumun vitse-prezidenti Elşən Abasov Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan yığma ilə görüşüb. O, komanda üzvlərini qazanılan uğur münasibəti ilə federasiya rəhbərliyi adından təbrik edib, əsas mərhələdə də inamlı çıxış etməyin vacibliyini bildirib. Vitse-prezident bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb. Sonda U-19-un üzvlərinə diplomlar təqdim olunub.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-da Xorvatiyada təşkil olunacaq.
İdman.biz